Modern.az

“Bir birimizi qoruyaq” layihəsi həyata keçirilib

“Bir birimizi qoruyaq” layihəsi həyata keçirilib

Aktual

20 Yanvar 2018, 11:02

15-19 yanvar 2018-ci il tarixlərində Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun 10-cu Qrand müsabiqəsində qalib olmuş Namazov İsanın ”Bir birimizi qoruyaq” layihəsi  Şirvan şəhərində uğurla həyata keçirilib.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində Şəhərin yeniyetmə və gənclərinə sağlam təbiətdə sağlam yaşamaq olar,ətraf mühiti qoruyaq ki, sağlam olaq, bir birimizin sağlamlığımızın qeydinə qalaq  kimi fikirlərlə zəngin tədbirlər təşkil olunub. Ümumilikdə 110 nəfər məktəblinin iştirak etdiyi tədbirlərdə təbiətə ziyan vurmamaq,onu qorumaq,onu qorumaqla öz dostlarımızı,doğmalarımızı qoruyuruq kimi mövzulardan bəhs edən çıxışlar olub. Layihənin əsas məqsədi təbiətə vurulmuş ciddi ziyanı nəzərə alaraq gənc və yeniyetmələrin hələ kiçik yaşlarından ekoloji tərbiyə olunması,maarifləndirilməsi,ətraf mühitin qorunması işinə onların diqqətini artırmaqdan ibarət olub. Bu layihə region gənclərinin ekoloji biliklərini daha da artıracaq, yeni bilik və bacarıqlara yiyələndirəcək və sağlam təbiətin qorunmasına yardımçı olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır