Modern.az

Rusiyanın yeni səfiri: Azərbaycanda gedən inkişaf prosesləri Rusiyada maraqla izlənilir

Rusiyanın yeni səfiri: Azərbaycanda gedən inkişaf prosesləri Rusiyada maraqla izlənilir

10 İyun 2018, 12:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.

 

Modern.az xəbər verir ki, səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğuladı. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Səfir Mixail Boçarnikov Rusiya Prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirdi. O qeyd etdi ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

 

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır