Arxiv
14 İyun 2018, 14:28 | AKTUAL
Mərkəzi Bank avqustda faiz parametrlərinə yenidən baxacaq  

İyunun 14-də Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib.

 
Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilib.

Faiz dəhlizinin parametrləri haqda qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilib. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapozonundan aşağı səviyyədə qərarlaşmış, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaq.

Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə alıb.


İnflyasiya prosesləri.
İnflyasiyanın azalması prosesi davam edir. 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2% təşkil edib. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstəlyib.

İnflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enib.

Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin assimmetrik həssaslığı aiddir.


Xarici şərait.
Tədiyə balansı göstəricilərinin yaxşılaşması davam edir. I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4%-i səviyyəsində profisit formalaşmışdır. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir. 2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8%, qeyri-neft ixracı 14.2% artıb. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.

Ticarət balansı ilə yanaşı xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalmış, turizm xidmətləri balansında müsbət saldo qorunmuşdur. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərib. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib. Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və partnyor ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır.


İqtisadi aktivlik.
İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam etmişdir. 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.9%-lik iqtisadi artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 8.1%, kənd təsərrüfatında 8.6% təşkil edib. Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmuburaxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir.

Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaq.


Monetar şərait.
2018-ci ildə monetar şərait neytrallığa yaxınlaşmaq istiqamətində dəyişib. Monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət edib.

İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirib. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3% azalıb ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırıb. Kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır.

İnflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam etmişdir. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalıb.

Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcək.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1211 nəfər Azərbaycana readmissiya edilib 18 İyul 2019, 12:35 Azərbaycan dili aşiqlərin dilidir... 18 İyul 2019, 12:30 TRT-nin bir qrup əməkdaşı rus səfirinin qətlinin görüntülərinə görə saxlanıldı 18 İyul 2019, 12:27 Paşinyanın doğulduğu rayonda polisə hücum: 13 nəfər saxlanıldı 18 İyul 2019, 12:19 Məsləhət Onundur 18 İyul 2019, 12:03 Bu il 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib 18 İyul 2019, 12:02 Azərbaycanda daha çox qaçqın statusu almaq istəyən ölkələrin vətəndaşları - SİYAHI 18 İyul 2019, 11:59 Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 18 İyul 2019, 11:48 Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 18 İyul 2019, 11:40 Nazirlikdə kadr dəyişikliyi - Şöbə müdiri işindən getdi 18 İyul 2019, 11:35 Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 18 İyul 2019, 11:30 Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir” - MÜSAHİBƏ 18 İyul 2019, 11:27 Məhkəmədən Prezidentə şikayət – Bizi intihar həddinə çatdırıblar 18 İyul 2019, 11:18 Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 18 İyul 2019, 11:17 4219 abonent qazsız qalacaq 18 İyul 2019, 11:10 100 kiloqram yararsız ətin satılmasının qarşısı alındı 18 İyul 2019, 11:05 Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30 Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00