Modern.az

Yas mərasimlərindən yazan jurnalistlərə pul mükafatları verildi (SİYAHI)

Yas mərasimlərindən yazan jurnalistlərə pul mükafatları verildi (SİYAHI)

Media

20 Sentyabr 2011, 14:59

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Bakı Xəbər” qəzetinin keçirdiyi “İslamda yas mərasimləri və əyintilər” mövzusunda müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirdə çıxış edən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müsabiqə barədə ilk olaraq bunları qeyd edib:

“Hamını yas mərasimlərinin keçirilməsində əziyyət çəkir, biz də problemə baxışlar sistemini ortaya qoymaq istədik. Ümid edirəm ki, bu yazılardakı təkliflər və dəyərli fikirlər nə zamansa situasiyanı dəyişməkdə mühüm rol oynayacaq. Bu problemə təkcə dini nöqteyi-nəzərdən yanaşmaq olmaz. Qeyd edim ki, müsabiqə həvəskar və peşəkar yazarlar üçün nəzərdə tutularaq 2011-ci ilin fevralın 20-dən avqustun 20-dək davam edib”.

A.Quliyev eyni zamanda 6 ay müddətində müsabiqəyə 61 yazının tədim olunduğunu vurğulayıb. Onun sözlərinə görə, məqalələrin 29-u qəzet, jurnal və internet saytlarda dərc olunub. “Məqalələrin 22-i “Bakı-Xəbər” qəzetində, 35-i başqa qəzetlərdə, 4-i isə müvafiq olaraq Modern.az, Qafqaz.info, Milli.az və “Xəzər” jurnalında çap olunub. Məqalələrin 36-ı peşəkar, 25-i həvəskar yazarlar və ictimaiyyət nümayəndələri tərəfindən yazılıb”.

Baş redaktor qeyd edib ki, ekspertlərin rəyləri əsasında bir məqalə birinci, iki məqalə ikinci, üç məqalə üçüncü yerə, yeddi məqalə isə həvəsləndirici mükafata layiq görülüb. Mükafatlandırılan 13 nəfərdən 11-i peşəkar yazarlar, 2-i isə ictimaiyyət nümayəndələridir

Mükafat alan jurnalsitlərin siyahısı:

Birinci yer - İlham Quliyev, “Ölüm haqqı” məqaləsi, “Kaspi” qəzeti

İkinci yer - Pərvin Abbasov, “Ölünün yuyulub dəfn olunmasından sonra heç nə qalmır” məqaləsi, “Xalq cəbhəsi” qəzeti.

İkinci yer - Fariz Vəliyev, “Dərdi unutduran dərd” məqaləsi, “Mövqe” qəzeti.

Üçüncü yer – Rəsul Həşimov, “Bu nə məshəbdir, dindən içəri” məqaləsi, “Bizim yol” qəzeti.

Üçüncü yer - Aqil Lətifov, “Yas, yoxsa firon mərasimləri” məqaləsi, “525-ci qəzet”.

Üçüncü yer - Aynur İbrahimova, “Soyğunçu yas biznesinin cinayətləri” məqaləsi, “Bakı-Xəbər” qəzeti.

Həvəsləndirici mükafatlara layiq görülənlər:

1. Ramil Vəlibəyli - “Yas mərasimlərinin keçirilməsi ictimai problem kimi” məqaləsi, “Yeni Azərbaycan” qəzeti.

2. Ədil Ədilzadə - “Dəbdəbəli yas mərasimləri, izafi xərc” məqaləsi, “Olaylar” qəzeti.

3. Akif Cabbarov - “Yas mərasimləri” məqaləsi, “Ədalət” qəzeti.

4. Seymur Verdizadə - “Dəbdəbəli yas mərasimləri İslama ziddir” məqaləsi, “Reytinq” qəzeti.

5. Səidə Cəfərqızı - “Soyğunçu yas biznesinin tarixi” mqəaləsi, “Bakı-Xəbər” qəzeti.

6. Yusif Seyid - “İslamda yas mərasimləri və əyintilər” məqaləsi, “Parlael” qəzeti.

7. Xalid Niyazov - “Nəfsimizin kəbəsi, mənəviyyatımızın kərbalası” məqaləsi, “Bakı-Xəbər” qəzeti.

Müsabiqənin qaliblərinin mükafatlarına gəlincə, birinci yerə 1000 manat, ikinci yerə 500 manat, üçüncü yerə isə 300 manat məbləğində mükafat verilib. Həvəsləndirici yerləri tutanların hər birinə 100 manat verilib.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir