Modern.az

Qida Təhlükəsizliyi Agentliyi yerli istehsalçılarla görüşüb

Qida Təhlükəsizliyi Agentliyi yerli istehsalçılarla görüşüb

Aktual

10 Avqust 2018, 20:02

Bu gün Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Agentlikdən Modern.az-a verilən məlumata görə, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA-nın sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

 

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün Agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb.

AQTA-nın qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara kömək göstərilməsi işinin bundan sonra da davam etdirəcəyi bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır