Modern.az

Uşaq və qadın hüquqlarının qorunması ilə bağlı tədbir keçirildi

Uşaq və qadın hüquqlarının qorunması ilə bağlı tədbir keçirildi

Aktual

10 İyun 2018, 14:00

«Ayna» Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi , Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Uşaq və qadın hüquqlarının qorunmasının təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi “ layihəsi çərcivəsində bir sıra tədbirlər həyata keçirib.

 

Modern.az xəbər verir ki, təşkilat  tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq,  “Ailə Akademiyası” adlı layihə çərçivəsində tədbir keçirilib.

 

 Tədbiri giriş sözü ilə açan layihə rəhbəri  tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanda tarixən gözəl ailə ənənələrinin mövcudluğunu, bu ənənələrin yaşadılmalı və gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini vurğulayıb. “Ailə Akademiyası” layihəsinin xüsusilə gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını bildirən layihə rəhbəri ölkəmizdə dövlət ailə siyasətinin uğurla həyata keçirildiyini qeyd edib.

 

Daha sonra tədbirdə çıxış edən natiqlər  layihənin əhəmiyyətini qeyd edərək,  gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Natiqlər ailə əinstitutuna olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Layihə ətrafında aparılan müzakirələrdə regionlardan gəlmiş yerli özünüidarəetmə orqanlarının nümayəndələri layihənin ailə dəyərlərini qorumaq və möhkəmləndirmək istiqamətində atılmış mühüm addım olduğunu  vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir