Modern.az

Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA

Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA

Aktual

20 Sentyabr 2018, 10:45

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, bu gün  ölkə ərazisində Aşura günü qeyd olunur.

 

Modern.az saytı Aşura tədbirləri ilə bağlı ölkənin ən iri məscidlərindən olan Gəncədəki “İmamzadə” məscidi ilə əlaqə saxlayıb.

 

“İmamzadə” ziyarətgahının axundu, hacı Tahir Abbaszadə  saytımıza açıqlamasında məsciddə insanların təhlükəsizliyinin tam olaraq təmin edildiyini bildirib.

 

“Aşura ilə bağlı dünəndən başlayan tədbirlər davam edir. Giriş-çıxış qapılarımızda müqəddəs ziyarətgahlarımızda  qurulduğu kimi, polislər tərəfindən  məntəqələr yaradılıb.  Ona görə də məscidə daxil olan hər kəsin təhlükəsizliyi təmin edilir. Bu məntəqələr ona görə yaradılıb ki, hər hansı təxribatçı qrup bura daxil ola bilməsin. Təhlükəsizliyin bu cür aparılması Gəncə sakinlərinin də ürəyincədir. Ötən illərdən fərqli olaraq bu il “İmamzadə” məscidində basabas yoxdur. Məscidin  İmam Hüseyn meydanında  gecə burada qalan insanlar üçün çadırlar qurulub. İnsanlar qanvermə aksiyasında həvəslə iştirak edirlər”.

 

Tahir Abbaszadə dindarların da polisə yardımçı olduqlarını deyib.

 

“Polisin Aşura mərasiminin keçirilməsinə heç bir müdaxiləsi yoxdur. Sadəcə olaraq polislər kənardan insanların təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Artıq dindarlar arasında da yardımçı qüvvələr olaraq “İmam Hüseyn xidmətçisi” adında böyük qurum yaranıb. Bu qurum polislərə yardım edir. Dindar qardaş və bacılarımız könüllü şəkildə “İmamzadə”nin həyətində, giriş-çıxış qapılarında maarifləndirmə işi aparırlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır