Arxiv
21 Sentyabr 2018, 21:09 | AKTUAL
Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Şamaxı rayonunun Göylər kəndində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilən tibb məntəqəsi açılıb. Modern.az xəbər verir ki, açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək tibb müəssisəsinin istifadəyə verilməsinin kənd həyatı üçün önəmli hadisə olduğunu vurğulayıb.

 

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda həyata keçirilən sosial layihələrdən danışıb.

 

Bildirilib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu günədək rayonda təhsil, səhiyyə və digər sahələr üzrə müxtəlif layihələr reallaşdırılıb. Göylər kəndində istifadəyə verilən tibb məntəqəsi də növbəti uğurlu layihələrdəndir. Yeni səhiyyə ocağı 15 min nəfərdən çox sakinə xidmət göstərəcək.

 

Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslanan əlaqələrdən danışan səfir Teruyuki Katori “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində səhiyyə, təhsil, ekologiya, sosial, infrastruktur və digər sahələrdə çoxsaylı layihələrin reallaşdırıldığını, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. Səfir təkcə Şamaxıda 6 layihənin həyata keçirildiyini söyləyib. “Ümid edirəm ki, bu tibb ocağı uzun illər Göylər və qonşu kəndlərin sakinlərinə səhiyyə xidmətləri göstərəcək və insanlar layihədən faydalanacaqlar”, - deyən Teruyuki Katori “Regional İnkişaf” İctimai Birliyi tərəfindən işlərin nəzərdə tutulmuş müddətdən tez və keyfiyyətlə icrasından məmnun qaldığını bildirib.

 

“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan kompleks tədbirlərin uğurla icrası nəticəsində insanların rifahının daha da yaxşılaşdığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb. Qeyd olunub ki, Göylər kəndində yeni tibb məntəqəsinin açılması da regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələrdəndir.

 

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə yaxından əməkdaşlıq edərək, müxtəlif layihələr və tədbirlər həyata keçirir.

 

Kənd sakinləri həyata keçirilən layihələrin regionların inkişafı baxımından əhəmiyyətindən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Sonra qonaqlar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, istifadəyə verilən tibb məntəqəsində stomatologiya, ginekologiya, terapiya və pediatriya şöbələri fəaliyyət göstərəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36