Arxiv
24 Sentyabr 2018, 15:49 | AKTUAL
Zaqatalada çoban dərəyə yıxılıb öldü

Zaqatala rayon sakini dərəyə yıxılaraq ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin rayon ərazisindən keçən hissəsində, "Maqatur Quzey" adlanan dağlıq yaylaq ərazisində baş verib.

 

Belə ki, rayonun Dağlı kənd sakini, 1985-ci il təvəllüdlü Azər Səfər oğlu Orucov dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan A.Orucov hadisə yerində ölüb. Onun meyitini dərədən çıxarmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə əraziyə bələd olan kənd sakinləri də cəlb edilib. 

 

Qeyd edək ki, A.Orucov orta məktəbi bitirdikdən sonra çobanlıqla məşğul olub. O, son bir neçə il idi ki, rayonun Yuxarı Tala kənd sakini, sahibkar Davud Şabanovun sürüsündə çobanlıq edirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, bu hadisə son iki ayda Zaqatala rayonu ərazisində ikinci, ümumilikdə isə bölgədə üçüncü dəfə baş verən analoji hadisədir. 

 

Belə ki, iyul ayının 21-i Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən, rayonun  Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov qayadan dərəyə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sentyabrın 14-ü isə Böyük Qafqaz sıra dağlarının Qax rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində, yaylaq ərazidə çobanlıqla məşğul olan Qax şəhər sakini, Radiq Eldar oğlu Əsgərov dərəyə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatların pul təminatını artırmağa çağırdı 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41