Modern.az

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Dünya

25 Sentyabr 2018, 21:43

ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib.

 

Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq.

 

Məlumata görə, "qara siyahı"ya "Aerokompozit", "Dayvtexnoserviz", "Gamma" Elmi və İstehsalat Müəssisəsi, "Vektor" Elmi Tədqiqat İnstitutu, "Nilco Group", "Texnologiya" Araşdırma və İstehsalat Müəssisəsi (Obninsk), "Okeanos", "Infotex", "Aviadiviqatel", "İnfoteks", "Syrus Systems", "Vega" Elmi Tədqiqat İnstitutu (Voronej) və digərləri salınıb.

 

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın milli borcuna qarşı ABŞ sanksiyalarının tətbiq edilməsini gözləmədiklərini bəyan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır