Arxiv
12 Oktyabr 2018, 09:32 | AKTUAL
Gəncənin icra başçısı sakinləri dinlədi - FOTO

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Ərazi Təşkilat Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib. Qəbulda 80-ə yaxın sakinin müraciəti dinlənilib. Heydər Əliyev prospekti, 103 ünvanında baş tutan görüşdə Gəncənin müxtəlif ərazilərindən gələn sakinlərin şikayət və təkliflərinə baxılıb. Ara küçələrin asfaltlanması, bəzi istiqamətlər üzrə işləyən avtobusların marşrut xəttlərinin uzadılması, küçələrin gecə işıqlanmasının yaxşılaşdırılması, işlə təminat, fərdi yaşayış evlərinin təmiri, ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsi, bəzi ərazilərdə əhalinin su təminatının yaxşılaşdırılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Sakinlərə cavab olaraq bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşdığı küçələrdə asflat örtüyünün yenilənməsinə başlanılıb. Buna paralel olaraq həmin küçələrin gecə işıqlanması da yenidən qurulacaq.  İşlə bağlı müraciət edən vətəndaşlar müfaviq olaraq Gəncə şəhər Kəpəz və Nizami rayon Məşğulluq mərkəzlərinə yönləndiriliblər. Ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsini istəyən sakinlərə isə izah olunub ki, onlar Kəpəz və Nizami rayon Bələdiyyələrinə müraciət etməlidirlər. Niyazi Bayramov səsləndirilən digər məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən qəbulların məqsədi vətəndaşların problemlərini öyrənmək və onları həll etməkdir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zığ şosesində fərdi yaşayış evləri yanır 26 İyun 2019, 14:13 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05