Arxiv
13 Dekabr 2018, 17:59 | AKTUAL
ADU-nun xəlifə-rektoru venesuelalı diplomatla görüşdü

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçirilib. ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən “Bir günlük xəlifə” layihəsində tələbələrin universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsi nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin birgünlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə və magistrantı layihədə iştirak edə bilir. Vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.

 

Layihə çərçivəsində Azərbaycan Dillər Universitetinin xəlifə-rektoru Salman Quliyev Venesuelanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pedro Floresi ilə görüşüb.

S.Quliyev qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Xəlifə rektor “Bir günlük xəlifə” layihəsi haqqında danışıb. Akademik Kamal Abdullanın salamlarını müvəqqəti işlər vəkilinə çatdıran S.Quliyev qonağa universitet haqqında məlumat verib. Xəlifə rektor, həmçinin universitetdə ispan dilinin yüksək səviyyədə tədrisindən və universitetdə İspan dili mərkəzinin fəaliyyətindən danışıb. S.Quliyev ADU ilə İspaniya və Argentina universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin Venesuela ilə də qurulacağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən P.Floresi universitetdə olmaqdan şad olduğunu deyib. “Bir günlük xəlifə” layihəsi barədə müsbət fikirlərini bildirən qonaq tələbələrin universitetin idarəetməsində iştirak etməsinin əhəmiyyətli olduğunu söyləyib. ADU-da ispan dilinin tədrisini yüksək qiymətləndirən P.Floresi universitetlə əməkdaşlıqdan maraqlı olduğunu qeyd edib.

Daha sonra gələcək əməkdaşlıq, tələbə mübadiləsi barədə müzakirələr aparılıb.

Görüşdə, həmçinin Tədris işləri üzrə xəlifə prorektor Elşad İbadzadə, Beynəlxalq əlaqələr üzrə xəlifə prorektor Diana Seyidova, İspan dili mərkəzinin xəlifə müdiri Cahandar Əliyev iştirak edib.

Görüşdən sonra müvəqqəti işlər vəkili Pedro Floresi ADU-da həyata keçirilən “Səfir saatı” klubu çərçivəsində tələbələrə mühazirə deyib.

Qeyd edək ki, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə layihə çərçivəsində müvafiq olaraq “Azərbaycan və Serbiya arasında əlaqələr”, “Hindistanın biznesi və turizmi”, “Gündoğan ölkə – Yaponiya”, “Rumıniyanı tanıyaq və tanıdaq”, “Koreyada tanışlıq və Koreyada Yeni il”, “Austria’s culture nowadays” mövzusunda tədbirlər, müxtəlif dillərdə film nümayişləri və “Dünyada rus dili səfirləri” ilə görüş baş tutub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55