Arxiv
21 Dekabr 2018, 12:53 | QARABAĞ
2018-ci il də Qarabağ üçün itirildi - ŞƏRH  

2018-ci ilin son ayının son günlərindəyik. Bu il ərzində ölkədə bir çox sahədə yeniliklər oldu. Bəs görəsən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı irəliləyişlər oldu?

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki,  bu il də Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmadı:

“Danışıqlar yerində sayır. Həmsədrlər Ermənistana təsir etmədilər. Bu il sadəcə yenilik ondan ibarət oldu ki, 20 ildir Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı və son parlament seçkilərinin nəticələrinə görə, hətta müxalifətdə də yer ala bilmədi. Bunu haradasa müsbət hadisə adlandırmaq olar. Torpaqlarımızın işğalında birbaşa bu klanın əli olub. İndi Ermənistanda hakimiyyətə yeni bir şəxs gəlib. O da yeni açıqlama verməyib. Amma fərq ondadır ki, bu siyasətçi Ermənistan doğumludur, torpaqların işğalında bilavasitə iştirak etməyib. 5 ay əvvəl hakimiyyətə gələn Nikol Paşinyan 5 ayı boşuna verdi, çünki Paşinyan bu müddət ərzində Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmadı. Beləcə ili yekunlaşdırdıq”.


Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov isə bildirib ki, bizim üçün vacib olan, konkret real nəticədir. Nəticə əldə edilməyənə, torpaqlarımız işğaldan azad olunmayana qədər hər ili itirilmiş il kimi qiymətləndirəcəyik:

“2018-ci ildə Ermənistanda baş vermiş çevriliş gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Ermənistandakı yeni hakimiyyət “İrəvan klanı” adlanan qrupdur. Bu klanın “Qarabağ klanı”nı devirməsi Ermənistanın daxilindəki qarşıdurmaları artırdı.

Dağlıq Qarabağdakı qondarma qurumun rəhbərliyi ilə İrəvan arasında ciddi qarşıdurma mövcuddur və bu, daha da güclənir. Son günlər İrəvanın təzyiqi ilə Xankəndində bir çox vəzifəli şəxslər istefaya getməyə məcbur oldular. Çünki onlar seçki prosesində Nikol Paşinyanı tənqid etdilər, hakimiyyətə gəlməyinə qarşı çıxdılar. Daxildəki mərkəzdənqaçma prosesləri düşməni zəiflədir. Eyni zamanda Azərbaycanla qarşıdurmada da Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən zəiflədir. Bununla yanaşı, yeni hakimiyyət ümumi müttəfiq ölkələrlə də dil tapa bilmir. Xüsusilə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri ilə soyuqluq o dərəcəyə çatıb ki, təşkilatın üzvləri Paşinyana heç bir təbrik məktubu göndərmədilər.

Hesab edirəm ki, 2018-ci il torpaqlarımızı işğal edən işğalçı dövlətin ciddi zəifləməsi və daxilində dağıdıcı proseslərin başlanması ili kimi yadda qaldı. Bu proses 2019-cu ildə davam edəcək. Ola bilsin, gələn il daha vacib nəticələri görəcəyik”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da danışıqların heç bir nəticə vermədiyini xatırladıb. Onun sözlərinə görə, müharibə təhlükəsi yüksək olaraq qalır:

“Münaqişənin həlli istiqamətində real dnışıqlar olmadığına görə, müharibə təhlükəsi çox real görünür.

Ermənistanda vəziyyət dəyişib. Buna bağlı olaraq, bütün Cənubi Qafqazda geopolitik vəziyyət dəyişməyə başlayıb. Əsas məsələ, Ermənistanda Rusiyanın nüfuzu azalıb. Ona görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa fərqli addımları gözləmək olar. Gələn il üçün danışıqlarla bağlı olmayan proseslər baş verə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03