Modern.az

Baş nazirlikdən gedən Berluskoni mahnılarından ibarət disk çıxaracaq

Baş nazirlikdən gedən Berluskoni mahnılarından ibarət disk çıxaracaq

Dünya

18 Noyabr 2011, 14:23

İtaliyanın istefa vermiş baş naziri Silvio Berluskoni musiqi ilə ciddi məşğul olmaq niyyətini açıqlayıb. Modern.az İTAR-TASS agentliyinə istinadən bildirir ki, Berluskoni əvələr buna vaxtı çatmadığını deyib. Söhbət eks-baş nazirin cavan vaxtlarında yazdığı sevgi mahnılarından gedir. Berluskoni köhnə mahnılarını bir yerə toplayaraq “Əsl məhəbbət” adlı albom çıxarmaq niyyətindədir. İtalyan KİV-ləri yazır ki, cavan vaxtalarında gənc Berluskoni turistlər qarşısında mahnılar oxuyaraq pul qazanırmış. Vəzifədə olarkən o öz mahnılarını ifa etmək icazəsini yaxın dostu, peşəkar muğənni Mariano Aliçelleye verib.

Berluskoni noyabrın 12-də istefaya gedib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır