Arxiv
5 Yanvar 2019, 10:12 | ƏDƏBİYYAT
İstanbuldan Bakıya uçan rus təyyarəsi

Sabir Rüstəmxanlı,
Azərbaycan Dil Qurumunun başkanı  

İstanbul Bakı arasında növbəti reyslərdən biri. 2019-cu il, 3 yanvar. Gözləmə salonuna girən kimi tanıyırsan, bəli, bu, bzim camaattdır. Sağdan-soldan salamlaşanlar da çoxdur. Son vaxtlar daha çox “Azal”la uçuram. Təyyarə bələdçiləri bu təyyarələrin məxsus olduğu dövlətin dilində anonslarını, yəni təyyarəiçi danışıqlarını da qaydaya salsalar, xidmət də, təyyarələrin keyfiyyəti də, təyyarə kapitanlarının peşəkarlığı da yüksək səviyyədədir. Hələ bizim Aereportu demirəm. Hər dəfə bura girəndə ürəyim dağa dönür. Çox təyyarə meydanı görmüşəm, ancaq bizim hava alanı qədər rahat və gözəl olanını xatırlamıram.

İndi də doğma təyyarəmizdəyik və Bakıya uçuruq. Uçanların çoxu ailələrdir, yanlarında uşaqları, yaxınları...Təyyarə havalanandan sonra məni bir çaşqınlıq bürüdü. Əvvəl elə bildim yanlış olaraq Rusiyaya uçan təyyarəyə minmişəm. Sonra baxdım, yox elə həmin adamlardır: təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danımağa.

Allah,Allah, bu Bakıda necə bir özünübəyənməmək xəstəliyi varsa bir təyyarəlik havası belə admları, Mirzə Cəlil demiş, özündən çıxarır və yadlaşdırır. Arxadan, öndən, sağdan, soldan uşaqlar ara vermədən və hay-küylə danışırlar, qışqırışırlar. Bir kəlmə Azərbaycan- türk sözü eşidilmir. Bəlkə sərnişinlərin hamısı rusdur, ya başqa ölkə vətəndaşlarıdır. Yox, valideyinlər öz aralarında yarıazərbaycanca, yarı rusca danışırlar və uşaqların adlarını çəkəndə hamısının bizim öz övladlarımız olduqları bəlli olur. Böyüklər yatır, uşaqlar yatmır. Rahat oturmaq mümkün deyil. Bəlkə ancaq mənim ətrafım belədir, şanssızlıqdan bunların arasına düşmüşəm?

Maraq üçün təyarənin dəhlizində axıra kimi gedib qayıdıram. Uşaqların hamısı rusca danışır. Fikirləşirəm ki, bu təyyarədə türkiyəli qardaşlarımız, kənar ölkələrdən olan qonaqlar da var, bəs onlar çaşıb qalmırlar, demirlər ki, axı biz Rusiyaya yox, Azərbaycana uçuruq, ora da müstəqil bir ölkədir, oranın da deyəsən öz dili var, bəs bu adamlara nə olub, bunların dilinə nə olub, bəs bunlar hansı xəstəliyə düçar olublar ki, özlərinə, dillərinə bu qədər nifrət edirlər, uşaqlarına 30 il bundan qabaq qopduqları və qopmaq ərəfəsində də bunların qanını tökmüş, bu gün də qonşu düşmən ölkənin əli ilə bu qanı tökməkdə davam edən Rusiyanın dilindən əl çəkə bilmirlər?

Adam xəcalətindən havalanır. Təyyarə tez çatsın, tez çıxım bu dil xəyanətkarlarının arasından.

Bəli dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləi övrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədircə, mənə görə, bu, dövləti cinayətdir.

Uşaqlara baxıram. İlahi bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər?!

Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa, bizim axırımız nə olacaq? Valideyinlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil. Dövlət üçün, millət üçün belə aşağayılıcı və təhqiramız durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan Azərbaycan hökuməti və onun təhsil siyasətidir... Bu siyasətin bizi hara apardığını dəfələrlə yazmışıq. Qoy bunu özünə sayğısı olan və uşaqlarının məktəb yaşı çatan hər bir vətəndaş düşünsün... Düşüsün və... heç bir nəticə çıxarmasın!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45 Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ 4 Avqust 2020, 11:44 Jurnalistlər icra başçılarından çox maaş alırdılar, indi bu peşəni gözətçiyə dəyişirlər 4 Avqust 2020, 11:39 Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb 4 Avqust 2020, 11:34