Modern.az

Fermerlərə 5,1 milyard təzminat verilib

Fermerlərə 5,1 milyard təzminat verilib

13 Mart 2019, 23:57

Fermerlərin təbii fəlakətlərdən qorunması məqsədilə Türkiyədə yaradılmış “Kənd Təsərrüfatı Sığortaları Hovuzu”ndan (TARSİM) ötən il təbii fəlakətlərdən zərər görmüş fermerlərə 1,1 milyard lirə təzminat ödənilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumata görə, TARSİM-ə daxil olan bütün kənd təsərrüfatı sahələri dövlət tərəfindən təminat altına alınır.

 

Ölkədə kənd təsərrüfatı sığortalarının tətbiq olunduğu 2006-2018-ci illər ərzində bu quruma daxil olan bütün sahələr üzrə ümumilikdə, 10 milyon 650 min 45 sığorta hazırlanıb. Bu müddət ərzində 4,5 milyard lirə dövlət dəstəyi ilə yanaşı, 5,1 milyard lirə də təzminat olaraq fermerlərə verilib.

 

Bu il dövlət dəstək sığortasına bir çox yeni sahə daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir