Arxiv
15 mart 2019, 21:54 | AKTUAL
Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdimatı oldu

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları – Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti – cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər.

A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın arasında çoxlu hədiyyələr var. O əlavə edib: “Bu gün qardaş Türkiyə təkcə Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında layiqli yer tutacaq hədiyyələr təqdim edib”.

Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə sahə üzrə dərhal müvafiq göstərişlər verib.

Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi Azərbaycan muğamını göstərib.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin mədəni həyatında xüsusi yerə malikdir. Bu muzeydə təkcə musiqi alətləri nümayiş etdirilmir, həmçinin qədim musiqinin və musiqi alətlərinin dirçəldilməsi həyata keçirilir. Muzeyin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı dünyada Azərbaycanın unikal musiqisini təbliğ edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan bəhs edib. Vurğulayıb ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.

Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif edib.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər.

Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib.

Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk xalq mahnıları və Azərbaycan muğamları səslənib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36