Arxiv
19 mart 2019, 13:35 | AKTUAL
Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 18 mart 2019-cu ildə Almaniyanın paytaxtı Berlinə işgüzar səfər edib. 


Modern.az xəbər verir ki, H.Hacıyev səfər çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Tomas Baqqer və Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertlə görüşlər keçirib.

 

H.Hacıyev eyni zamanda Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci „Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ simpoziumuna qatılıb.

 

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

 

H.Hacıyev ölkəmizin mürəkkəb  geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. O, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişatı, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.

 

Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini yüksək qiymətləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları alqışlayıblar.

 

H.Hacıyevin Berlində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BANM tələbələri beynəlxalq şirkətdə təcrübəyə yollanır 25 İyun 2019, 10:27 Ermənistanda deputatlar məzuniyyətə çıxmaycaq 25 İyun 2019, 10:25 Nazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDI 25 İyun 2019, 10:25 “Sovet Ermənistanı” qəzetinin son baş redaktoru vəfat etdi 25 İyun 2019, 10:19 Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb 25 İyun 2019, 10:14 Körpə öz anasını tanıya bilmədi – VİDEO 25 İyun 2019, 10:11 Polis meşədə çətənə əkəni tutdu - FOTOLAR 25 İyun 2019, 10:06 BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq 25 İyun 2019, 09:44 Qarabağ söhbəti: “Kimsə mənim Surət Hüseynovu müdafiə edən bir cümləmi tapıb, ortaya qoya bilmir” - MÜSAHİBƏ 25 İyun 2019, 09:41 Cəbhədə nisbi sakitlik müşahidə olunub 25 İyun 2019, 09:37 III Respublika Xalq Teatrları Festivalı başa çatdı 25 İyun 2019, 09:29 Qadınlar da azan səsləndirə bilərlərmi?.. 25 İyun 2019, 08:55 Tovuzda gənc oğlan özünü asıb 25 İyun 2019, 08:44 Lent.az-ın 11 yaşı tamam oldu 25 İyun 2019, 08:40 Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV 25 İyun 2019, 08:31 Ağdamın saralmış şəkilləri 25 İyun 2019, 08:18 Manat və dolların bugünkü məzənnəsi 25 İyun 2019, 08:12 “Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə  danışıqlara xələl gətirir” – Elmar Məmmədyarov 25 İyun 2019, 01:09 İnqişetiya rəhbəri istefa verdi 25 İyun 2019, 01:01 Etirazçılar nazirin gözünü bağladı 25 İyun 2019, 00:45 Lenta.ru  Azərbaycan xalqından üzr istədi 25 İyun 2019, 00:29 Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22