Millimizin baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisi müəyyənləşib.
Modern.az xəbər verir ki, bunlar xorvatiyalı mütəxəssisin həmyerliləri Frano Leko ilə Armin Alibekoviçdir.
Fitnes məşqçisi kimi çalışan Lekonun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Skaut və video-analitik vəzifəsində fəaliyyət göstərən Alibekoviç isə BƏƏ-nin U-17 yığmasında, "Legiya"da və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.
Qeyd edək ki, Mario Tokiç və Arif Əsədov millimizdə köməkçi-məşqçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçidir.