Modern.az

İsrail ordusu Qəzzanı bombalayıb

İsrail ordusu Qəzzanı bombalayıb

Dünya

25 Mart 2019, 20:56

İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Mətbuat xidmətinin məlumatında bildirilir ki, İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endiriməyə başlayıb.

 

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı