Modern.az

Almaniya hərbi təyyarələri Azərbaycan üzərindən uça bilmir

Almaniya hərbi təyyarələri Azərbaycan üzərindən uça bilmir

7 Aprel 2019, 23:19

Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən onlar Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb.

 

Məlumata görə, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən imtina edib. Almaniya Hərbi Hava Qüvvələri əsasən hər həftə Mərkəzi Asiya üzərindən Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərinə uçuşlar edir. Həmin şəhərdə Bundesverin hərbi kontingenti dislokasiya olunub.

 

 

Bildirilir ki, Azərbaycanın imtina etməsi üzündən Bundesverin təyyarələri martın sonlarında Məzari-Şərifə uçuşları ləğv etməli olub. Almaniya Müdafiə Nazirliyinin hesabatında deyilir ki, bu ölkə HHQ-nin təyyarələri Azərbaycanla bağlı disputa görə aprelin sonlarına qədər bir sıra uçuşları dayandırır. Bundesverin əməliyyat komandanlığında bildiriblər ki, alman əsgərlərinin Əfqanıstnana və geriyə uçması “təmin olunub”, çünki alternativ olaraq ABŞ HHQ-nin başqa marşrutla uçan təyyarələrindən istifadə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır