Modern.az

Gəncə sakini kirayə qaldığı evin seyfini yardı

Gəncə sakini kirayə qaldığı evin seyfini yardı

Aktual

10 Aprel 2019, 18:10

Gəncə sakini Goranboyda kirayə qaldığı mənzilin seyfini yarıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 317 ABŞ dolları olan seyfi oğurlamaqda şübhəli bilinən, orada kirayənişin qalan Gəncə şəhər sakini S.Məmmədov saxlanılıb.

 

Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır