Arxiv
18 Aprel 2019, 18:32 | AKTUAL
Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

 Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.

 

Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

 

Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

 

Azərbaycan Qran Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib: “Bildiyiniz kimi bu ilin əvvəlində biz Formula 1 rəhbərliyi ilə Azərbaycan Qran Prisinin 2023-cü ilədək yarış təqvimində qalmasını təmin edən yeni müqavilə imzaladıq. Həmin müqavilə əsasında bəzi kommersiya haqları bizə verilmişdi və biz də bugünkü tədbir sayəsində həmin haqların ilk bəhrəsini görürük.

 

Bakcell kimi böyük nüfuza sahib yerli şirkətin Azərbaycan Qran Prisinə xüsusi dəstək göstərməyi bizi həqiqətən çox sevindirdi. İnanıram ki, bu gün imzaladığımız müqavilə qısa müddət ərzində hər iki tərəfə böyük faydalar verməklə əməkdaşlığın uzun illər boyunca güclənərək böyüməsini təmin edəcək”.

 

 

Tədbirdə Bakcell şirkəti adından çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski yeni əməkdaşlığın Bakcell üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir, Bakı Şəhər Halqası isə Formula 1 təqviminin ən sürətli şəhər trekidir. Azərbaycan Qran Prisi ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oynayır.

 

 

Bakcell da öz növbəsində milli mobil operator olaraq ölkənin inkişafına töhfə verən layihələrə daim dəstəyini göstərir və Azərbaycan üçün mühüm olan tədbirləri dəstəkləyir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu olacaq və bütün tərəflərə fayda verməklə yanaşı, həm də Formula 1 həvəskarlarına əlavə imkanlar və xoş sürprizlər gətirəcək”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44 Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub 21 May 2019, 16:27 Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN 21 May 2019, 16:25 Yazıçımız Rusiyada təltif olunacaq 21 May 2019, 16:11 “Cinlərə qonaqlıq vermək” adı ilə vətəndaşları aldadan ana və oğulun məhkəməsində olanlar... 21 May 2019, 15:51 Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var 21 May 2019, 15:48 Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM 21 May 2019, 15:40 Rövşən Rzayev problemləri dinlədi 21 May 2019, 15:32