Modern.az

Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi

Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi

19 Aprel 2019, 11:10

Deputat Novruz Aslanov aprelin 18-də İsmayıllı rayonunun Qalacıq və İstisu kəndində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

 

Modern.az xəbər verir ki, qəbulda ətrafda yerləşən Çəmənli kənd sakinləri də iştirak ediblər. Sakinlər əsasən Çəmənli kəndində orta məktəbin tikintisinə və aşmış elektrik dirələrinin bərpasına köməklik göstərilməsini deputatdan xahiş ediblər.

 

Deputat yerindəcə əlaqədar qurumlarla telefon vasitəsilə əlaqə saxlayaraq problemi onların diqqətinə çatdırmış və həllinə köməklik göstərilməsini xahiş edib. Kənd sakinləri millət vəkilinə dəstəyə görə təşəkkür ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır