Modern.az

 “Aprel fədailəri” yad olundu

 “Aprel fədailəri” yad olundu

20 Aprel 2019, 13:08

45 saylı tam orta məktəbdə aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş “Aprel fədailəri” adlı tədbir keçirilib. Məktəbə gələn qonaqları  foyedə  “Sarı gəlin” libasında qarşılayaraq, onlara  şagirdlərin   Vətən şəhidlərinə və qəhrəmanlarına həsr etdikləri əl işlərindən ibarət sərgini təqdim ediblər.  Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lələtəpədə vəzifə səlahiyyətlərini yerinə yetirərkən həlak olmuş kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundovun xanımı Nəcibə Axundova  şəhidinin həyat yolundan, vətən sevgisindən, dövlətin şəhid ailələrinə qayğısından danışıb.
Milli Məclisinin deputatı Qənirə Paşayeva  məktəblərdə vətənpərvərlik dərslərinin keçirilməsini,  uşaqların tərbiyəsində və formalaşmasında qəhrəmanlarımızın həyat səhifələrinin öyrədilməsinin  uğurlu bir ənənə olduğunu deyib. Deputat Aprel zəfəri, Azərbaycan Ordusunun  əsgərlərinin qəhrəmanlığından danışıb.
Daha sonra , Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev də öz çıxışlarında  şəhidlərinizin ruhlarının narahat olduğunu, Vətən torpaqlarının azad ediləcəyi günü gözlədiklərini deyiblər.

45 saylı məktəbin  1-5-ci sinif şagirdlərinin ifasında hazırlanan  “Aprel fədailəri” kompozisiyasını ifa edən məktəblilər Vətəni, Torpağı, Azərbaycanı , qəhrəmanlığı  vəsf edən mahnılar  və şerlər oxuyublar.

Tədbirin sonunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə turnirdə qalib gəlmiş komandalar müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

Respublika Veteranlar təşkilatının sədri general-polkovnik  Tofiq Ağahüseynov  45 saylı məktəbin direktoru Nəcibə Axundovanı  təhsildə  etdiyi yeniliklərə, qayğıya və uğurlara görə “General Həzi Aslanovun 100 illik yubiley medalı” ilə təltif edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır