Modern.az

Goranboy icra başçısı “Region Aqropark”da olub  

Goranboy icra başçısı “Region Aqropark”da olub  

Aktual

24 Aprel 2019, 18:36

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərəm Quliyev “Region Aqropark”da olub.

Modern.az xəbər verir ki, rayon ərazisində yeni yaradılan «Region Aqropark»da infrastrukturun yaradılması istiqamətində xeyli işlər görülüb. Aqroparka 14 km məsafədən yüksək gərginlikli elektrik xətti, aqroparkdaxili isə 600 metr elektrik xətti çəkilib. Enerji təminatının ödənilməsi üçün 35 Mqvt-luq yarımstansiya tikilib.

Şəmkir maşın kanalından 12,1 km su kəməri çəkilib.

Əkin sahələrinin davamlı suvarılmasını təmin etmək məqsədilə 1000, 100000 və 300000 kub metrlik sututarları yaradılıb. 15 km drenaj xətti, 7 km əlavə su xətti çəkilib. 12 km qaz xətti, Fəxralı kəndindən Aqropark ərazisinə 11 km asfalt yol salınıb. Sahələrin suvarılmasını təmin etmək üçün müasir suvarma sistemləri quraşdırılıb. 91 hektar meyvə bağlarının suvarılması üçün damcılı suvarma sistemi istifadəyə verilib. 2002 hektar sahənin suvarılması üçün 24 ədəd pivot quraşdırılıb. 72 ədəd kənd təsərrüfatı texnikası alınıb. 72 yerlik yataqxana binası, maşın-traktor parkı, 2 ədəd talvar, ofis binası, Türkiyənin «Maysilo» şirkəti tərəfindən 18000 tonluq taxıl anbarı, toxum paketləmə zavodu tikilmiş, istehsala başlanılıb.

Aqroparkda 2018-ci ildə kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq əldə edilmişdir. 326 hektar buğda sahəsindən, 1206,2 ton məhsul götürülmüş, məhsuldarlıq 37 sentner olunub. 497 hektar sahədən, 2087,4 ton arpa məhsulu götürüb, hər hektardan məhsuldarlıq 42 sentner təşkil edib.

Aqroparkda 192 hektar sahədə pambıq əkilib, 205 ton pambıq istehsal edilib. 323 hektar çuğundur sahəsindən 6740 ton məhsul əldə edilmiş, məhsuldarlıq 208,7 sentner olmuşdur.. 823 hektar qarğıdalı sahəsindən 3294,5 ton məhsul götürülüb, hər hektardan 40 sentner məhsul əldə olunub.

64 hektar kartof sahəsindən 640 ton məhsul yığılıb ki, bu da hər hektardan 100 sentner məhsuldarlıq demək.

2018-2019-cu təsərrüfat ilində 720 hektar sahədə buğda, 679 hektar sahədə arpa, 4 hektar sahəsə isə bostan əkilib. Bundan başqa 4410 ədəd meyvə tingi basdırılıb.

Hazırda Aqroparkda 120 nəfər işləyir, persspektivdə 500 nəfərin işləməsi nəzərdə tutulub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır