Modern.az

Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

26 Aprel 2019, 17:56

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 21 tonadək qızıl alıb.

Bu barədə Neft Fondunun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilib. Bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub. 2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.

Qeyd edək ki, qızıl investisiyaları hazırda Neft Fondunun investisiya portfelinin 7,4 faizini (ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsi) təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü