Modern.az

BDU-nun kafedra müdiri: “Orta məktəblərdə dini dərslərin ayrıca tədrisinə lüzum yoxdur, amma...”

BDU-nun kafedra müdiri: “Orta məktəblərdə dini dərslərin ayrıca tədrisinə lüzum yoxdur, amma...”

Aktual

1 May 2019, 11:20

“Azərbaycanın milli təhlükəsizliyi qədər əhəmiyyətli olan dinin tədrisi mövzusu xüsusi həssas bir məsələdir”.

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfi bildirib.

O qeyd edib ki, Azərbaycan tarix boyu dinlərin və dini konfessiyaların çarpazlaşdığı məkan olub:

“Bir sıra hallarda Azərbaycana qarşı müxtəlif strateji planlar bu dinlər və konfessiyalar vasitəsilə gerçəkləşdirilməyə çalışılıb. Ancaq Azərbaycanın multikultral həyat tərzi belə neqativ planlara rəvac verməyib, əksinə bu gün də ölkəmiz dünyaya müsbət örnəklər ötürməkdədir. Hesab edirik ki, orta ümumtəhsil məktəblərində  dini fənlərin ayrıca tədrtisi üçün heç bir  zəruri və  kafi əsas yoxdur. İlk növbədə Azərbaycanda orta məktəbləri əhatə edə biləcək sayda  dini tədrisi həyata keçirməyə qabil, dini baxımdan tərəfsiz, pedoqoji portret cizgilərini özündə ehtiva edən, din fəlsəfəsini, dinlər tarixini bilən yetərincə kadr potensialı yoxdur. Məlumdur ki,Azərbaycan hüquqi, demokratik, dünyəvi bir dövlətdir. Deməli, dini ədəbiyyat, dini tədris vəsaitləri dünyəvi dövlətin tələbləri səviyyəsində olmalıdır. Orta məktəbin tarix, həyat bilgisi və s. adekvat fənlərinin tərkibində dini dərslərə ayrılan  saatların miqdarını artırmaq daha məqsədəuyğundur, nəinki, ayrıca dini fənlərin tədris planına salınması. Bu dərsləri tədris edən müəllimlər üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi xətti ilə icbari təlimlər, ustad dərsləri keçirilməsi və onlara müvafiq sertifikatlar verilməsi də labüddür. Həmin dərslərin metodiki vəsaitləri, proqram və dərs vəsaitlərinə, əlavə oxu materialına sözü gedən qurumun rəsmi rəyi də mütləq olmalıdır. Eyni zamanda, həmin dərslərin mühazirə mətnləri elektron formatda tərtib olunaraq ictimaiyyət və aidiyyatı qurumlar üçün  açıq olmalıdır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır