Modern.az

Gürcüstanda yenidən etirazlar başladı

Gürcüstanda yenidən etirazlar başladı

Dünya

1 May 2019, 20:17

Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında həmkarlar ittifaqlarının etiraz aksiyası keçirilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 1 May - Beynəlxalq Zəhmətkeşlər Gününə həsr olunan aksiyada iştirakçılar təhlükəsiz iş şəraiti və əməyin layiqli qiymətləndirilməsini tələb ediblər.

 

Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili bildirib ki, ölkədə 25 min insanın maaşı 100 laridən azdır. O, hökuməti insanlara yönəlmiş siyasət həyata keçirməyə çağırıb.

 

Aksiya iştirakçıları Baş nazir Mamuka Baxtadzeni sosial müqavilə imzalamağa çağırıblar. Sənəddə sosial bərabərsizliklə bağlı ölkədə mövcud problemlər əks olunub.

 

Etirazçıların əsas tələblərindən biri də əməyin təftişinin gücləndirilməsi ilə bağlı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır