Modern.az

Nüfuzlu tədqiqatçı azərbaycanlı tələbələrə seminar keçib

Nüfuzlu tədqiqatçı azərbaycanlı tələbələrə seminar keçib

17 May 2019, 11:44

Paris X Nanter və Löven Katolik Universitetlərinin dosenti, Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının Dağ Müdafiə Komissiyasının üzvü Lode Bekersin Qərbi Kaspi Universitetinin tələbələri üçün seminarı təşkil edilib.

Qərbi Avropanın inkişaf dinamikası, regionun inkişafının əsas mərhələ və istiqamətləri, xüsusilə siyasi, iqtisadi və ekoloji və tendensiyaları şərh edən mütəxəssis tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Lode Bekers bir neçə gün öncə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransda iştirak məqsədi ilə Bakıya gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır