Modern.az

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdi

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdi

Aktual

17 May 2019, 22:45

Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında verilib.

 

Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.

 

Mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü