Modern.az

Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı

Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı

Aktual

23 May 2019, 10:25

Masallı sakini külli miqdarda  narkotiklə Balakəndə tutulub.

Bu haqda DİN mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.  

 

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

 

Belə ki, S. Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

 

 Faktla bağlı S. Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı