Modern.az

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanunun ÖZƏLLİKLƏRİ

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni qanunun ÖZƏLLİKLƏRİ

Aktual

8 İyun 2019, 16:31

"Orqan transplantasiyası haqqında hazırlanmış yeni qanun bu il ikinci dəfə Milli Məclisdə müzakirə olunacaq".

 

Bu barədə Modern.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Deputat saytımıza açıqlamasında bildirib ki, qanun qəbul edilərsə, artıq gələn ildən tətbiq oluna bilər:

"Orqan və toxuma transplantasiyası, meyitdən orqan köçürülməsi haqqında insanların narahatlığını aradan qaldırmaq üçün sözügedən qanun yüksək səviyyədə işlənib. Prosesin ən müasir üsulları, əlverişli məqamları qanunda əksini tapıb. Biz orqan transplantasiyası haqqında qanunu yaxın günlərdə komitə iclasında yenidən müzakirə edib, Milli Məclisə çıxaracağıq.

 

Orqan bağışı məsələsi də həmin qanunda nəzərə alınıb. Bilirsiniz, bu sahədə dünya praktikasında həddindən artıq spekulyasiya var. Orqan alış-verişi kimi mənfi halların mövcudluğu istisna deyil. Orqan və toxuma transplantasiyası haqqında yeni qanunda bütün bunlar nəzərə alınıb. Yeni qanuna görə, mənfi halların qarşısı alınmaqla, ehtiyacı olan insanlara uyğun donorların orqanları köçürüləcəkdir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır