Modern.az

“Xəzərə aid növbəti işçi iclası iyulda Tehranda keçiriləcək” - Xələf Xələfov

“Xəzərə aid növbəti işçi iclası iyulda Tehranda keçiriləcək” - Xələf Xələfov

11 İyun 2019, 20:53

“Xəzər dənizi məsələlərinə aid növbəti işçi iclası iyulda Tehranda keçiriləcək. Konvensiya imzalanandan sonra bu, sayca 3-cü görüş olacaq. Gündəlik dəyişmir. Son sammitdə qəbul olunan qərarlar, konvensiyadan irəli gələn vəzifələr və xüsusilə də baza xəttini müəyyən edən metodikanın müəyyən edilməsi üzrə saziş layihəsinin razılaşdırılması müzakirə ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu xarici içlər nazirinin müavini, Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Xələf Xələfov bildirib.

Nazir müavini bildirib ki, Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var:

 

“Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır. Keşikçidağ da o razılaşdırılmamış sahələrə daxildir. Bilirsiniz ki, Sovetlər dövründə bütün respublikalar arasında inzibati sərhədlər var idi. İnzibati sərhədlərdə ölkələrin yaşayışını, bütün fəaliyyətini təmin edən sərhədlər var idi və hər kəs sərhədlərini bilirdi.

 

Lakin Sovet İttifaqı dağılandan sonra inzibati sərhədlər başqa status aldı. İndiki dönəmdə isə ölkələr sərhədlərin müəyyən edilməsinə dair sənəd imzalayır. Bunu da imzalamaq üçün komissia hər bir sahəni razılaşdırmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir