Arxiv
12 İyun 2019, 18:51 | AKTUAL
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələri müzakirə olunub  

İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-Almaniya əlaqələrinin qədim tarixə malik olduğunu deyib. Bildirib ki, 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Bu gün Almaniya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələrimizin parlamentləri arasında da əlaqələr inkişaf edir. Bu günədək Azərbaycan ilə Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.

 

Sədr qeyd edib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olub. Bu rəqəm ötən dövrün göstəricisindən təxminən 40 faiz çoxdur. Cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 milyon ABŞ dolları təşkil edib. Təsadüfi deyil ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olub. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınıb.

 

“Müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini verib”,- deyə parlament Sədri vurğulayıb.

 

Oqtay Əsədov bildirib ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi gündən-günə artmaqdadır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olublar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov bildirib ki, Azərbaycan münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin tərəfdarıdır.

 

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann Bakıya ilk dəfə səfər etdiyini və burada gördüklərindən məmnun qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanda dini tolerantlıq, siyasi sabitlik mövcuddur. Azərbaycan və Almaniya arasında ortaq dəyərlər və müxtəlif məsələlər üzrə fikir birliyi var. Tərəfləri düşündürən bir sıra məsələlər üzrə dialoqun aparılması və parlament diplomatiyasının imkanlarından istifadə olunması, münaqişələrin sülh yolu ilə həll edilməsi önəmli məsələlərdəndir. Bu baxımdan Milli Məclisin təşəbbüsü ilə Bakıda keçirilən regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransın əhəmiyyəti böyükdür.

 

Söhbət zamanı bildirilib ki, Almaniya Cənubi Qafqaz bölgəsində özünəməxsus yer tutan Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirir və gələcəkdə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.

 

Görüşdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid əsgərimiz dəfn olundu - FOTOLAR 24 Sentyabr 2019, 13:20 Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb 24 Sentyabr 2019, 13:11 Vurğun Əyyub vəfat edib 24 Sentyabr 2019, 13:05 Heydər Əliyev Fonduna yeni status verildi 24 Sentyabr 2019, 13:01 İnam Kərimov pambıq tarlasında getdi 24 Sentyabr 2019, 12:59 Sabunçudakı tunel tikintisi nəqliyyatın hərəkətinə problemlər yaradıb - FOTOLAR 24 Sentyabr 2019, 12:57 İstanbulda zəlzələ oldu 24 Sentyabr 2019, 12:54 Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi 24 Sentyabr 2019, 12:54 AzTV-də YENİLİKLƏR olub 24 Sentyabr 2019, 12:48 Sabah hava necə olacaq? - PROQNOZ 24 Sentyabr 2019, 12:47 İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib 24 Sentyabr 2019, 12:45 Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15