Arxiv
12 İyun 2019, 19:33 | AKTUAL
Elmar Məmmədyarov ATƏT PA-nın prezidenti ilə görüşdü  

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, qonağı salamlayan nazir E.Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib.

O, Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışın danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.

Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir, işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini söyləyib.

Öz növbəsində, G.Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini bildirərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu söyləyib.

Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevir su anbarı yaxınlığında yanğın 19 İyun 2019, 22:40 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56 Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu 19 İyun 2019, 21:40 Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi 19 İyun 2019, 21:27 Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək? 19 İyun 2019, 21:13 Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir 19 İyun 2019, 20:59 İmperatorun taxta çıxma günü Bakıda qeyd olundu 19 İyun 2019, 20:50 Azərbaycanda hər gün 45 ailə dağılır 19 İyun 2019, 20:33 İsmayıllıda itkin düşən qadın tapıldı 19 İyun 2019, 20:18 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI 19 İyun 2019, 20:03 Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər 19 İyun 2019, 19:42 Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi 19 İyun 2019, 19:34 Luis Enrike istefa verdi 19 İyun 2019, 19:22 İcra başçısı vətəndaşları qəbul etdi 19 İyun 2019, 19:13 Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı 19 İyun 2019, 19:07 Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb 19 İyun 2019, 19:00 Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir 19 İyun 2019, 18:51 Cəlilabadda 3 kiloqramdan artıq narkotik aşkarlandı 19 İyun 2019, 18:46 Ərdoğan: Mursini öldürüblər 19 İyun 2019, 18:35 DİN sürücülərə müraciət etdi: Avtomobilləri səkidə saxlamayın 19 İyun 2019, 18:21 İlham Əliyev: “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir” 19 İyun 2019, 18:14 Nazirlik: 72 abidənin pasportlaşdırılması planlaşdırılır   19 İyun 2019, 18:02 Zaqatalada din xadimləri birgə vəhdət namazı qıldılar 19 İyun 2019, 17:51 Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır   19 İyun 2019, 16:17