Modern.az

Axtarışda olan 17 nəfər tutuldu

Axtarışda olan 17 nəfər tutuldu

Aktual

15 İyun 2019, 11:15

Ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşləri Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub

 

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır