Arxiv
15 İyun 2019, 21:48 | AKTUAL
Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Rusiyanın insan hüquqları üzrə baş müvəkkili-ombudsmanı Tatyana Moskalkovaya müraciət olunub.

Modern.az xəbər verir ki, bu barədə APA-ya Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

 

O, Fuad Abbasovun indiyədək Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqsində saxlanmasının qanunsuz olduğunu söyləyib: "Fuadın indiyə kimi Korolyovdakı xüsusi məntəqədə saxlanılması tam qanunsuzdur. Məhkəmə qərarı çoxdan qüvvəyə minib. Onu ölkədən deport etməlidirlər. Lakin gördüyünüz kimi etmirlər. Niyə etmədikləri ilə bağlı da müraciətlərimizə cavab vermirlər".

Vəkil bununla bağlı Rusiya ombudsmanı Tatyana Moskalkovaya, Moskva vilayətinin prokuroruna və Rusiyanın Məhkəmə İcraçıları federal Xidmətinin rəhbərinə müarciət etdiyini söyləyib: "Müraciətimdə Fuadın barəsində hansı səbəbdən deport qərarı çıxarılmasının izah edilməsi,  Korolyovdakı məntəqədə qanunsuz saxlanıldığını, əgər barəsində cinayət işi açılıbsa, bu barədə məlumat vermələrini və tez bir zamanda Fuadın Azərbaycana deportasiyasının həyata keçirilməsinin vacibliyini bildirimişəm".

 

Vəkil Teyyub Şərifov bu gün Fuad Abbasovun səhətində problemlər yarandığını da söyləyib. Onun sözlərinə görə, bu gün Fuadın səhhəti pisləşib: "Onun üçün təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər Fuadı müayinə ediblər, müalicəsini davam etdirmək üçün xəstəxanaya yerləşdirilməsinin və aclıq aksiyasını dayandırılmasının vacibliyini bildiriblər. Lakin Fuad aclıq aksiyasını dayandırmayacağını söyləyib. Artıq bir həftəyə yaxındır ki, Fuad baş verənlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir".

 

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

 

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48