Modern.az

Bu gün AvroLiqanın püşkü atılacaq

Bu gün AvroLiqanın püşkü atılacaq

Aktual

18 İyun 2019, 08:27

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılacaq.

Modern.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” və “Səbail” də rəqiblərini tanıyacaq.
Mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.



“Neftçi”nin potensial rəqibləri


“Hibernians” (Malta)

“Rujomberok” (Slovakiya)

“Pandev Akademiyası” (Makedoniya)

 “Speranta” (Nisporeni, Moldova)

“Zeta” (Monteneqro)



“Səbail”in potensial rəqibləri


“Universitatya Krayova 1948” (Rumıniya)
 
“Baltsan” (Malta)
 
“Laçi” (Albaniya)
 
“Şkupi” (Makedoniya)
 
“Petrokub-Hincesti” (Moldova)

“Narva Trans” (Estoniya) 

 

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır