Arxiv
19 İyun 2019, 11:58 | AKTUAL
“Əhalinin rifahı daha da yaxşılaşacaq” – Naqif Həmzəyev

“Ölkə Prezidentindən növbəti inqilabi qərar əhalinin rifah halını daha da yaxşılaşdıracaq”.

Bu barədə Modern.az-a deputat Naqif Həmzəyev deyib. O qeyd edib ki, son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb:

 

“Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

 

Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərə çarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib.

 

Vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. 2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib.

 

Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixdə dövlət hökümət idarələrində çalışan dövlət qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatının artırılması haqqında imzaladığı bir sıra Sərəncamlar da əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardandır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin cari il fevralın 8-də imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi”.

 

N.Həmzəyev qısa müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasının müsbət nəticələrini də açıqlayıb. O bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur:

 

“Bu artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

 

Sevindirici haldır ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47