Arxiv
19 İyun 2019, 13:53 | AKTUAL
Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…”

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir”.

 

Bu barədə Modern.az-a açıqlamasında deputat Sevinc Fətəliyeva danışıb. O qeyd edib ki, iyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artılıması bu faktı bir daha təsdiqləyir:

 

“Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Onun sözlərinə görə, əhalinin sosial rifahının yüksəldilməsi  üçün lazımi addımlar atılır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

 

Deputatın sözlərinə görə, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır:

 

“Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Deputat deyib ki, dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi qərar da vətəndaşlarda böyük məmnunluq doğurdu. Bu faktlar bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır”.

S. Fətəliyeva diqqətə çatdırıb ki, beləliklə, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq:

 

“Cənab Prezident tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial  təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bikar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30 Sabahın hava PROQNOZU 16 İyul 2019, 15:12 Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI 16 İyul 2019, 15:07 İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi   16 İyul 2019, 14:46 Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb 16 İyul 2019, 14:37 “Qarabağ” Donald Geryeylə yollarını ayırdı 16 İyul 2019, 14:35 Boşluqdan qaçışa çağırış 16 İyul 2019, 14:20 Polis veteranları 2564 cinayətin açılmasında iştirak ediblər 16 İyul 2019, 14:16