Modern.az

Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı

Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı

Aktual

19 İyun 2019, 19:07

Rusiya İstintaq Komitəsi beynəlxalq terror təşkilatı üçün maliyyə toplayan şəbəkə aşkar edib.

 

Komitənin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, Suriyada İŞİD terror təşkilatına üzv olan Rusiya vətəndaşları 2014-2017-ci illər ərzində bu təşkilat üçün maliyyə vəsaiti toplayıblar. Qrup Dağıstan sakinlərini bu işə cəlb etməklə ödəmə sistemləri və bank kartları vasitəsilə 200-dən çox insandan 8 milyon rubl məbləğində pul toplayıb Suriyaya aparıb.

 

AzərTAc bildirir ki, cinayətkar qrup üzvlərinin saxlanması üçün Rusiyanın 7 regionunda əməliyyat tədbirləri keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır