Modern.az

Vaqif Dərgahlı təltif edildi

Vaqif Dərgahlı təltif edildi

Aktual

24 İyun 2019, 18:25

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.

 

Təltif olunan hərbi qulluqçular arasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının da adı var.

 

Prezident V.Dərgahlını “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü