Arxiv
24 İyun 2019, 18:41 | AKTUAL
Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

 

Sizi Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün təmin edilməsi naminə müqəddəs xidmətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

 

Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirir. Həyata keçirilən irimiqyaslı islahatlar, ordunun ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, yeni şəhərciklərin inşası və tələb olunan bütün hərbi infrastrukturun yaradılması nəticəsində bu gün Azərbaycan Ordusu nəinki bölgədə, dünyada güclü ordular sırasında layiqli yerlərdən birini tutur.

 

Son genişmiqyaslı təlimlər bir daha təsdiqlədi ki, yüksək döyüş qabiliyyətli və mənəvi-psixoloji hazırlıqlı Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu Möhtərəm Prezident, cənab Ali Baş Komandanın istənilən döyüş əmrini uğurla yerinə yetirməyə qadirdir.

 

2016-cı ildə aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək döyüş meydanında üstünlüyümüzün təmin edilməsi, 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

 

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradlar da Azərbaycan Ordusunun qüdrətini göstərdi.

 

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının, eləcə də hərbi qulluqçulara ödənilən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının üç dəfə və müharibə veteranlarına ödənilən məbləğin artırılmasından ruhlanan şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirməkdə davam edir. Dövlət başçısının sərəncamına əsasən hərbi qulluqçular mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilir, onların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

 

Əlamətdar bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbçilərimizə, onların ailə üzvlərinə, hörmətli veteranlarımıza da səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

 

Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə daim sadiq qalaraq, Siz döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazır olacaqsınız.

 

Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27