Modern.az

May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR

May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR

Aktual

27 İyun 2019, 13:28

Mayda Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 654,4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 161,6 milyon manat, sektorun balans kapitalı 4 milyard 492,8 milyon manat olub.

 

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

May ayına sektorun aktivlərinin 43,4 faizini kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1,5 faiz (186,6 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 861,4 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, milli valyutada kreditlər 2,1 faiz (170,4 milyon manat) artaraq 8 milyard 264,3 milyon manata çatıb.

 

Mayda fiziki şəxslərin əmanətləri 8 milyard 527,6 milyon manat təşkil edib. Milli valyutada olan əmanətlər 1,3 faiz (47.7 milyon manat) artıb.

 

Hüquqi şəxslərin cəmi depozitləri 0,3 faiz (29.1 milyon manat) artaraq 10 milyard 205,5 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 18,5 faiz (319 milyon manat) artaraq 2 milyard 046,7 milyon manat təşkil edib. Milli valyutada olan depozitlər 3,3 faiz (128 milyon manat) artaraq 3 milyard 971 milyon manata, xarici valyutada olan müddətli depozitlər 22,1 faiz (331,8 milyon manat) artaraq 1 milyard 836,5 milyon manata, sektorun balans kapitalı 1,7 faiz (73,1 milyon manat) artaraq 4 milyard 492,8 milyon manata, bankların əməliyyat mənfəəti 20,3 faiz (58,5 milyon manat) artaraq 346,9 milyon manata çatıb, xalis mənfəəti isə 325,8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,6 faiz, kreditlər üzrə faiz gəlirləri isə 18,4 faiz artıb.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2568 olub. Bank sektorunun işçi heyətinin sayında artım may ayında da davam edib. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1,2 faiz (209 nəfər) artaraq 18 min 191 nəfər təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır