Modern.az

Abşeronda ağır qəza: 4 yaralı var

Abşeronda ağır qəza: 4 yaralı var

Aktual

4 İyul 2019, 21:59

Bu gün 20:30 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində ("Lukoyl" yanacaqdoldurma məntəqəsinin yaxınlığında) yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az-ın məlumatına görə, hadisə yerinə saat  20:37-də təcili tibbi yardım briqadası çağırılıb.


Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində ikisi qadın, biri kişi, biri azyaşlı olmaqla 4 nəfər yaralanıb.

Xəstələr müxtəlif xəsarətlərlə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müalicələri davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!