Arxiv
12 İyul 2019, 15:14 | AKTUAL
Daha 253 güzəştli mənzil satıldı - AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 12 iyul saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

 

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Modern.az-a verilən məlumatda bildirilib.

Prezidentin  24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 253 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

 

“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11518 nəfərdir. Bugünkü satış zamanı 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 253 mənzilin 245-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

 

Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu (elana uyğun olaraq öz vəsaiti hesabına), mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrana qarşı sanksiyaların müddəti daha 1 il artırıldı 13 Noyabr 2019, 00:52 Bakıda yataqxanada uçqun olub - FOTO 13 Noyabr 2019, 00:27 “Facebook” onlayn ödəmə xidmətini işə salır 13 Noyabr 2019, 00:08 Azərbaycan nefti bahalaşıb 12 Noyabr 2019, 23:51 Azərbaycanlı fəal Paşinyanı çətin duruma saldı - VİDEO 12 Noyabr 2019, 23:38 Çayları plastikdən təmizləmək üçün cihaz hazırlandı 12 Noyabr 2019, 23:15 Bakıda 39 yaşlı kişiitkin düşdü 12 Noyabr 2019, 22:56 Məşhur reper həbsxanada öldü 12 Noyabr 2019, 22:42 "BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb" - Mikayıl Cabbarov 12 Noyabr 2019, 22:23 Trampla Makron Suriya barədə razılaşdı 12 Noyabr 2019, 22:06 Professor gənc sevgilisinə 4 güllə vurdu 12 Noyabr 2019, 21:48 Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı 12 Noyabr 2019, 21:31 Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi 12 Noyabr 2019, 21:14 Ağstafa sakini bıçaqlandı 12 Noyabr 2019, 21:00 Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO 12 Noyabr 2019, 20:46 Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 22,56 faiz artıb 12 Noyabr 2019, 20:31 Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başlayır 12 Noyabr 2019, 20:16 Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 12 Noyabr 2019, 20:10 “Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır” 12 Noyabr 2019, 19:59 “Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov 12 Noyabr 2019, 19:37 İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB 12 Noyabr 2019, 19:21 YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək 12 Noyabr 2019, 19:13 Saxlanılan müsavatçılar sərbəst buraxıldı 12 Noyabr 2019, 18:59 Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi 12 Noyabr 2019, 18:46 Nazir müavini bu rayonların təhsil işçiləri ilə görüşüb 12 Noyabr 2019, 18:34 “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi 12 Noyabr 2019, 18:26 “Müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli 12 Noyabr 2019, 18:14 Qarabağda erməni minaya düşdü 12 Noyabr 2019, 18:08 Müğənni Vüqar Muradovun evindən oğurlanan 3500 manat geri alındı 12 Noyabr 2019, 18:07 “Heydər Əliyev və Azərbaycan tarixi” yarışına rekord sayda komanda qatıldı 12 Noyabr 2019, 17:56 Arif Hacılı sərbəst buraxıldı 12 Noyabr 2019, 17:45 Baş redaktorun ailəsinə ağır itki üz verib 12 Noyabr 2019, 17:34 Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur” 12 Noyabr 2019, 17:29 İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar - FOTO 12 Noyabr 2019, 17:25 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO 12 Noyabr 2019, 17:22