Modern.az

Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi

Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi

Aktual

16 İyul 2019, 16:54

Cari ilin 15 iyul tarixində Şəmkir şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı” nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi.

 

Modern.az xəbər verir ki, məlum olduğu kimi, “AdZone” şirkəti tərəfindən “Muzey əşyalarının daimi mühafizə portalı” nın yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilib. Bununla əlaqədar, rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin keçirilməsi zərurəti yaranıb. Beləliklə, ilkin mərhələ olaraq cari ilin 20-21 iyun tarixində Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə  təqdimat – treninq keçirilib.

 

Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqin növbəti, yəni ikinci mərhələsi cari ilin 15-16 iyul tarixlərində Şəmkir şəhərində Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, “Adzone” şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun, habelə Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilib.

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır