Arxiv
22 Avqust 2019, 13:08 | ANALİTİKA
Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çatlar əmələ gəlib - ŞƏRH

“Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çat yaranmaqdadır”.

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib. O xatırladıb ki, Bəşər Əsəd ordusu İdlib şəhərinin müxtəlif məntəqələrinə həmlələr həyata keçirir, bombardman davam edir:

“Aydındır ki, Bəşər Əsəd Kremlin icazəsi olmasaydı, belə bir risqli əməliyyata başlamazdı. Rusiya prezidenti Vladimir Putin hələ ötən ildən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana söz vermişdi ki, İdlib şəhərinə hücum əməliyyatını ləngidəcək. Bunun qarşılığında isə Ərdoğan Putinə söz vermişdi ki, İdlibdəki silahlı müxalifət qısa zamanda radikal qrupları şəhərdən çıxaracaq. Olmadı, bu müddətdə tam əksi baş verdi, radikal qruplar silahlı müxalifəti İdlibin əksər hissəsindən sıxışdırıb çıxardılar. İndi Putin bunu əlində rəhbər tutaraq, Əsədə “hücuma başlaya bilərsiniz” əmrini verib. Ancaq Putin bu əmri verməklə Ankara ilə münasibətlərdə sualların sayını çoxaldır”.


E.Şahinoğlu Rusiya prezidentinin bu məsələdə arxayınlığının səbəblərini də şərh edib:

“Birincisi, Putin görür ki, hazırda Türkiyənin Qərb dünyası ilə münasibətləri hamar deyil, Amerika keçmiş müttəfiqinə hərbi təyyarələr satmır. Ona görə də Putin hesab edir ki, Ərdoğan İdlibə görə onunla münasibətləri gərginləşdirməz.


İkincisi, Rusiya Türkiyəyə C-400 raketlərini satıb. Ərdoğan gələcəkdə bu raketləri Rusiya ilə birgə istehsal edəcəyinə əmindir. Kreml buna razıdır. Bu amil də Ərdoğana Rusiya ilə münasibətlərdə diqqətli olmağı diqtə edir. Putin də bunu anlayır.


Üçüncüsü, Türkiyə son anda Amerika ilə razılaşaraq Suriyaya növbəti hərbi əməliyyatda koordinasiyaya ümidlidir. Pentaqon sözdə koordinasiyaya razılaşıb. Bu koordinasiyanın necə işləyəcəyi şübhə altındadır, türkiyəli rəsmilər də amerikalı həmkarlarından tam əmin deyillər, çünki amerikalı generaların PKK uzantıları ilə əlaqələri davam edir. Buna baxmayaraq, Ankara ilə Vaşinqtonun Suriyaya mümkün koordinasiyası Putinin xoşuna gəlməyib. Kreml sahibi İdlibə hücum əmri verməklə Ankaraya mesaj yollayır ki, Suriyada Türkiyə-Amerika koordinasiyası Rusiyanın regional maraqlarına cavab vermir”.


Putinlə Ərdoğan arasında növbəti görüşün sentyabrın 16-na planlaşdırıldığını xatırladan politoloq əlavə edib ki, görüşə İran prezidenti də qatılacaq. Mərkəz rəhbərinin fikrincə, bu Astanda (yeni adı ilə Nursultan) keçirilən görüşün bir növ davamıdır:


“Putin bu tarixə qədər Əsəd ordusunun İdlib ətrafında daha çox uğur qazanmasını təmin etməyə çalışacaq. Çünki Ərdoğanla görüşdə Putin türkiyəli həmkarının İdliblə bağlı yeni istəyinə “yox” demək istəmir.


Əslində Ərdoğan İdlibdəki vəziyyətdən narahat olsa da, Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisinə yeni hərbi əməliyyata başlamaqdır. Başqa sözlə Kremllə Əsədlə birgə İdlibə hücum əməliyyatları həyata keçirərkən, Türkiyə də Fırat çayının şərq hissəsinə əməliyyata başlaya bilər. Yəni Kreml Ankaraya belə bir sövləşmə təklif edə bilər: “Ankara Əsəd ordusunun İdlibi ələ keçirməsinə razılaşmasının əvəzində Moskva və Dəməşq Türkiyənin də Fıratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək”.


Buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri var. Digər tərəfdən Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara Kremllə Əsədin İdlib əməliyyatına göz yumsa belə, şəhər ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?