Arxiv
8 Sentyabr 2019, 14:19 | AKTUAL
Çaylarda suyun səviyyəsi ARTDI

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

 

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 kub/s olmaqla, ongünlük normadan az olub.

 

Sentyabrın 6-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 21 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 90 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

 

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 94 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 kub/s təşkil etməklə ongünlük normadan çox olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 334 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 119 sm qeydə alınıb. 2018-ci il sentyabrın 6-da isə bu rəqəm 175 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artıb və 140 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 119 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 7 sm artaraq 50 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 6-da isə 35 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 165 sm təşkil edib, lakin 2018-ci il sentyabrın 6-da 167 sm qeydə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri nazirliyin Aparat rəhbərinin başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58